Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Vətəndaş cəmiyyəti və ictimai nəzarət mövzusunda ictimai müzakirə keçirildi – FOTO

10 dekabr 2025-ci ildə İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin təşəbbüsü ilə “Vətəndaş cəmiyyəti və ictimai nəzarət” mövzusunda geniş tərkibli ictimai müzakirə təşkil olunub.

Bu barədə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, tədbirdə ölkədə aparılan islahatlar, mövcud ictimai-sosial vəziyyət və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə tanınmış QHT rəhbərləri və ekspertlər – Cəsarət Hüseynzadə, İradə Rzazadə, İlqar Hüseynli, Məshəti Hüseynova, Ramil Əliyev, Esmira Rəhimova, Şəlalə Həsənova, Zamin Zeynal, Dünya Əliyeva, Aynur İsayeva, Eldar, Məlik Abbas, Xuraman Quliyeva, Elmira İsmayılova, Rövşən Vəliyev və digər iştirakçılar mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

Rauf Zeyni bildirib ki, ekspertlərin ümumi rəyi vətəndaş cəmiyyətinin hazırda yüksəliş dövrü yaşaması, lakin ictimai nəzarətin çətin vəziyyətdə olması ilə bağlı olub:

“Müzakirələr zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticələri, vətəndaş cəmiyyətinin rolu və ictimai nəzarətin hazırkı vəziyyəti geniş təhlil olundu. Hər kəs ictimai nəzarətin vacibliyini vurğuladı. Prezident dəfələrlə bildirib ki, vətəndaşlar ictimai nəzarətdə fəal olmalıdırlar. Qeyri-hökumət təşkilatları da bu prosesdə mühüm rol oynayır. Şəffaflığın artırılması, korrupsiyanın vaxtında aşkar olunması üçün ictimai nəzarət gücləndirilməlidir.”

Tədbirdə bildirilib ki, ictimai nəzarət mexanizmlərinin səmərəli işləməsi üçün daha sistemli və koordinasiyalı fəaliyyət, vətəndaş müraciətlərinə operativ reaksiya, mediada işıqlandırmanın gücləndirilməsi və mütəmadi ictimai müzakirələrin təşkili vacibdir.

Eyni zamanda, İctimai Nəzarət Mərkəzinin gələcək fəaliyyət planının hazırlanması, vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlığın genişləndirilməsi, media və bələdiyyə strukturları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi təklif edilib.

Rauf Zeyni tədbirin yüksək qiymətləndirildiyini bildirib:

“İştirakçılar bu toplantının çox faydalı olduğunu qeyd etdilər və belə müzakirələrin daha tez-tez keçirilməsini arzuladılar.”

Pərvanə Fərhadqızı


Paylaş

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.