Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Sahil Qasımov: “Qərbi Azərbaycan və Türk Dövlətləri üzrə böyük vəzifələr bizi gözləyir”

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxışı zamanı Azərbaycanın informasiya mübarizəsində əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Brtm.az xəbər verir ki, Sahil Qasımov qeyd edib ki, uzun illər ərzində Qarabağ münaqişəsi bəzi dairələr tərəfindən yanlış şəkildə dini müstəviyə çəkilməyə çalışılsa da, Azərbaycan tərəfinin ardıcıl və faktlara söykənən fəaliyyəti bu cəhdlərin qarşısını alıb:

“Qarabağ məsələsi nə dini, nə də siyasi manipulyasiyalarla izah edilə bilərdi. Biz bu təhriflərin qarşısını aldıq və həqiqəti qəbul etdirə bildik. Müharibədən sonrakı dövr yeni mərhələnin başlanğıcıdır və bu mərhələdə daha çox iş görülməlidir. Bundan sonra əlimizi yanımıza qoymamalıyıq. Daha çox işləməli, daha çox fəaliyyət göstərməliyik. Qarşıda böyük məsələlər var. Yaxın perspektivdə diqqət Qərbi Azərbaycan məsələsinə və Türk Dövlətləri Təşkilatı xəttində əməkdaşlığın gücləndirilməsinə yönələcək. Qarşıda Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin davam etdirilməsi istiqamətində mühüm işlər görməliyik. Üzərimizə düşən missiyanı yaxşı dərk edirik və bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik.”

Sahil Qasımov çıxışının sonunda təşkilat üzvlərinə və tədbir iştirakçılarına göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.