Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Sahil Qasımov: “EAPCA Avro-Atlantik məkanında Azərbaycanın səsini gücləndirir”

Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində açılış nitqi ilə çıxış edən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov təşkilatın yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.

Brtm.az xəbər verir ki, Sahil Qasımov bildirib ki, EAPCA təxminən bir il yarım əvvəl Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyində təsis olunub. Onun sözlərinə görə, təşkilatın yaradılmasında ondan artıq Avropa ölkəsində fəaliyyət göstərən azərbaycanlı qurumlar iştirak edib və Avropa Azərbaycanlıları Konqresi bazası genişləndirilərək yeni platforma formalaşdırılıb. O, qeyd edib ki, EAPCA bu qısa müddətdə Avro-Atlantik məkanında təsirli tərəfdaşlıq şurası qismində fəaliyyət göstərməyə başlayıb.

Baş katib vurğulayıb ki, təşkilat artıq Niderland hökumət orqanları tərəfindən rəsmi şəkildə qeydiyyata alınıb və bir sıra vacib görüşlər keçirilib:

“İlk rəsmi görüşlərimiz Avropanın ən mühüm ölkələrindən biri olan Türkiyədə — həm Millət Məclisində, həm Prezident Administrasiyasında yüksək səviyyədə baş tutub. Təşkilatımızın nümayəndə heyətləri digər qurumlarla da işgüzar görüşlər həyata keçirib.”

Sahil Qasımov əlavə edib ki, hazırda EAPCA-nın nümayəndələri müxtəlif Avropa ölkələrindən Bakıya gəlib, lakin bəzi ölkələrdə gərgin vəziyyət səbəbindən bütün üzvlərin tədbirə qatılması mümkün olmayıb. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətinə təşkilatın fəaliyyətini təqdim etməkdir.

“EAPCA siyasi müstəvidə fəal fəaliyyət göstərir və Avropa ölkələrindəki Azərbaycan diaspor təşkilatları, Dövlət Komitəsi, Milli Məclis, nazirliklər və media qurumları ilə sıx əməkdaşlıq edir. O bildirib ki, Avropada keçirilən tədbirlərdə Azərbaycan mətbuatının fəal iştirakı yüksək qiymətləndirilir və gələcək layihələrdə də bu əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.