Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Azər Həsrət: “Avropada Azərbaycanı ləyaqətlə təmsil etmək hər birimizin üzərinə düşən milli məsuliyyətdir”

Bakıda keçirilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət diaspor fəaliyyətinin milli məsuliyyət olduğunu vurğulayıb və Azərbaycanı xaricdə layiqli şəkildə təmsil etməyin önəmindən danışıb.

Brtm.az xəbər verir ki, Azər Həsrətin sözlərinə görə, bu gün Avropada Azərbaycan həqiqətlərini müdafiə etmək əvvəlki illərə nisbətən daha əlverişli olsa da, bu yol heç vaxt asan olmayıb:

“Elə vaxtlar olub ki, heç kəsin ürək edib səsini çıxara bilmədiyi məqamlarda siz bu işi görmüsünüz. Bu gün bəlkə rahat danışa bilirik, amma keçmişdə xaricdəki toplantılarda bəzən cəmi bir neçə nəfərlə Azərbaycanın haqq səsini müdafiə etmişik. Azərbaycanı xaricdə təmsil edən hər bir şəxs davranışına, sözünə və fəaliyyətinə görə bütöv bir xalqı təmsil etdiyini unutmamalıdır. Biz ölkə daxilində adi vətəndaş ola bilərik, amma ölkədən kənarda hər bir addımımız bütün milləti təmsil edir. Buna görə də hər kəs məsuliyyət hiss etməlidir.”

Azər Həsrət heç bir əsas olmadan Azərbaycana qarşı təhqiramiz çıxışlar edən bəzi şəxsləri də tənqid edib:

“Avropada oturub vətəninə qarşı kirli sözlər deyənlər var. Onların sonu gələcək. Çünki insan doğulduğu torpağa qarşı şər və böhtanı peşəyə çevirirsə, artıq haqqı çoxdan itirir.”

O çıxışının sonunda bildirib ki, Azərbaycan diasporunun güclənməsi, həmrəyliyin artması və EAPCA kimi qurumların fəaliyyəti ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.