Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Elman Nəsirov: “Azərbaycan Tərəfdaşlıq Şurasının fəaliyyəti ölkəmizin haqq işinin dünyada müdafiəsinə mühüm töhfə verəcək”

Bakıda keçirilən Azərbaycan Tərəfdaşlıq Şurasının təqdimat tədbirində çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov diaspor qurumlarının son illərdə ölkəmizin milli maraqlarının müdafiəsində xüsusi rol oynadığını vurğulayıb.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev son diaspor qurultayında xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə siyasi fəallığının artırılmasının vacibliyini xüsusi qeyd edib:

“Cənab Prezident bildirib ki, Azərbaycan əleyhinə qəbul olunan hər hansı qərar və ya qətnamə qarşısında ilk növbədə bizim diaspor nümayəndələri öz etiraz səslərini qaldırmalıdırlar. Avropa və digər regionlarda fəaliyyət göstərən Azərbaycan Tərəfdaşlıq Şurasının üzvləri dəfələrlə bu məsələdə fəallıq nümayiş etdirib, ölkəmiz əleyhinə məlumat manipulyasiyalarına qarşı prinsipial mövqe ortaya qoyublar. Bizim dostlarımız, tərəfdaşlarımız müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərinin təhrif olunmasına imkan vermir, faktlarla cavab verirlər. Bu, həm siyasi savad, həm təşkilatlanma, həm də səmimi vətəndaş mövqeyinin göstəricisidir.”

Deputat təşkilatın potensialına yüksək qiymət verərək bildirib ki, Azərbaycan Tərəfdaşlıq Şurası gələcəkdə beynəlxalq arenada ölkəmizin mövqelərinin gücləndirilməsində daha böyük rol oynayacaq:

“Bu gün təqdimatı keçirilən Şura hələ öz sözünü çox deyəcək. Sizin həm bilik və təcrübəniz, həm də ölkəyə olan sevginiz var. Bu amillər fəaliyyətinizi daha təsirli edir.”

Sonda Elman Nəsirov təşkilat üzvlərinə yeni uğurlar arzulayıb və Azərbaycanın haqq işinin dünyada layiqincə müdafiə olunması istiqamətində bundan sonra da fəal olacaqlarına inamını ifadə edib.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.