Təklif və rəylərinizi yazın

Edit Template

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Mərasimlərdə israf: Hər kəsin öz töhfəsi vacibdir – Rauf Zeyninin ŞƏRHİ

Toy və yas mərasimlərində müşahidə olunan israfçılıq artıq cəmiyyət üçün çox ciddi problemə çevrilib. Bir-birindən dəbdəbəli restoranların açılması, həmin məkanlarda təqdim edilən yüksək qiymətlər və bu qiymətlərin içərisinə əlavə xidmətlərin daxil edilməsi əhalinin bütün təbəqələri üçün əlçatan deyil. Belə hallarda valideynlər ya borca girməyə, ya da əlində-ovcunda olanı sataraq övladının xeyir işini həyata keçirməyə məcbur qalırlar. Yas mərasimlərində də vəziyyət oxşardır: mərasim evlərində müəyyən edilən qiymətlər restoranlardakı ilə eyni səviyyədədir və adambaşına hesablanır. Beləliklə, imkanlı insanlar bahalı mərasimlər təşkil edirlərsə, maddi imkanı daha aşağı olanlar ölülərinin ehsanını sadə və daha ucuz şəkildə keçirməyə məcbur qalırlar.

İslam dini baxımından da toy və yas mərasimlərində baş verən bu cür israfçılıq yolverilməzdir. Amma cəmiyyət olaraq biz bəzən bu vəziyyəti qınayırıq, bəzən isə qonaqların iştirakı ilə fərqinə varmadan adət-ənənələrə uyğun hərəkət edirik.

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni məsələ ilə bağlı Yenifikir.media-ya açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti olaraq dəfələrlə yas və toy mərasimlərinin sadələşdirilməsi ilə əlaqədar layihələr həyata keçirilib. Onun sözlərinə görə, bu istiqamətdə həm Şuranın, həm də Agentliyin dəstəyi ilə xeyli layihələr icra olunub.

“Biz televiziya verilişləri hazırlamışıq, müzakirələr təşkil etmişik, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yas və toy mərasimlərinin sadələşdirilməsi və xüsusilə israfçılığın qarşısının alınması ilə bağlı mövzulara toxunmuşuq. Bu, sadəcə gündəlik bir çağırış deyil, həm dinimizdə, şəriətimizdə, həm də milli-mənəvi dəyərlərimizdə açıq şəkildə qeyd edilən prinsipdir: israfçılığa yol vermək olmaz”, – deyə Rauf Zeyni vurğulayıb.

Onun sözlərinə görə, yas və toy mərasimlərinin sadələşdirilməsi, israfçılığın qarşısının alınması təşəbbüsləri vətəndaş cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. “Biz bu təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, vətəndaşlarımız da bu məsələdə öz töhfələrini verməlidirlər”, – deyə o əlavə edib.

Rauf Zeyni bildirib ki, onun da yaxşı yadında qalan nümunələrdən biri yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı aparılan maarifçilik işləri olub: “O vaxt mərasimlərdə iştirak edirdik, müzakirələr aparırdıq. Rəhmətlik Hacı Mirəziz orada çox vacib fikir söylədi: heç kim özündən başlamaq istəmir, hamı deyir ki, əvvəlcə kimsə başlasın. Halbuki hər kəs bu mövzuya həssas yanaşmalı, aktual dəstək göstərməli və öz töhfəsini verməlidir”.

O qeyd edib ki, hər bir vətəndaş bu prosesdə iştirak etməlidir ki, yas və toy mərasimləri sadələşdirilsin: “Çünki hamımız etiraf edirik ki, bu, çox ağır məsələdir. Xüsusilə də yas mərasimlərində. İnsan əzizini itirməyin dərdini çəkdiyi bir vaxtda əlavə olaraq mərasim xərclərinin, qəbir və digər məsələlərin yükünü daşımaq məcburiyyətində qalır. Bu, həm psixoloji, həm də maddi baxımdan ailələr üçün çox böyük çətinlik yaradır”.

Rauf Zeyni əlavə edib ki, bu mövzu çox ciddi və vacibdir: “Vətəndaş cəmiyyəti olaraq biz hər zaman bu təşəbbüsləri dəstəkləmişik, dəstəkləməkdə də davam edəcəyik. Çünki bu, yalnız bir qrupun və ya qurumun deyil, bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir”.

Ülkər Tahirqızı

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

SON YAZILAR

  • All Posts
  • XƏBƏRLƏR
Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.