24 avqust 2024-cü il tarixdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi “Təbiətin gözəlliklərini kəşf et!” adlı tədbir təşkil edib. Brtm.az QHT.az-a istinadən xəbər verir ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Tədbirdə əlilliyi olan uşaqların ifasında şeirlər, mahnılar və tamaşa təqdim edilib, təbiətin rəng çalarlarına uyğun moda nümayiş olunub. Foyedə təbiət mövzusunda rəsmlər sərgilənib, əl işlərinin satış-sərgisi təşkil edilib. Tədbir inkluziv olaraq keçirilib, bu da əlilliyi olan uşaqların sosiallaşmasını, cəmiyyətə inteqrasiyasını asanlaşdıraraq motivasiyanın yüksəlməsinə səbəb olub. Təqdim edilən tamaşa insanları təbiəti qorumağa səsləyib və tamaşaçılara ötürülən bir mesaj olub.
BQRTM-dən Mehriban Əliyevaya təbrik məktubu
Xəbər verdiyimiz kimi,bu gün Azərbaycanın birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. BRTM.az xəbər verir ki, bu münasibətlə Bakı Qeyri Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Birinci Vitse Prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Təbrikin mətnində deyilir: Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci Xanımı, xanım Mehriban Əliyevaya Hörmətli Mehriban xanım, Doğum gününüz münasibətilə “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə sizin yorulmaz fəaliyyətiniz, vətəndaş cəmiyyətinin inkişafına, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Həyatın ən müxtəlif sahələrində xeyli sayda mühüm, nəcib əməllərinizə görə Sizə təşəkkür edirik! Hörmətli Mehriban xanım, Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq. Hörmətlə, Rauf Zeyni “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri
QHT sədri seçicilərlə görüşlərini uğurla davam etdirir
24 saylı Nizami birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd Eyyub Kərimli, seçicilərlə görüşlərini intensiv şəkildə davam etdirir. Eyyub Kərimli, E. Süleymanov, Nəsimi, M. Şərifli və Q. Qarayev küçələrində bir neçə ünvana baş çəkərək seçicilərin iqtisadi və sosial məsələlərə dair suallarını cavablandırıb və gələcək fəaliyyət planını təqdim edib. brtm.az QHT.az-a istinadən xəbər verir ki, namizəd, ucuz kreditlər, əlçatan ipoteka, pensiya islahatları, süni qiymət artımı, məşğulluq səviyyəsinin artırılması və sosial xərclərin optimallaşdırılması istiqamətində təşəbbüs və təkliflərini izah edib. O, iqtisadi inkişafın yüksək rifahı təmin etməli olduğunu vurğulayıb. Eyyub Kərimli, həmçinin vətən müharibəsi veteranları və qazilərlə səmimi görüş keçirərək, onlara dəstəyini ifadə edib. Görüş zamanı şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıb. Növbəti görüşlər Nizami rayonunun Əli Vəliyev, Qara Qarayev prospekti və Ə. Balakişiyev küçələrində baş tutub. Eyyub Kərimli, sakinlərin problemlərini dinləyib və öz proqramını onlarla bölüşərək, seçicilərini vicdanla və ləyaqətlə təmsil etməyə hazır olduğunu bəyan edib.
QHT rəhbərinə ağır itki
“Sağlam Mühit Gənclərin İnkişafına Kömək” İctimai Birliyinin sədri, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin rəhbəri, Şirvan şəhər İcra hakimiyyəti yanında ictimai Şuranın üzvü Əl Mirəzyevə ağır itki üz verib. Əl Mirəzyevin anası bu səhər vəfat edib. Dəfn və mərasim Sabirabad rayonu Rüstəmli kəndində olacaq. Allah rəhmət eləsin
Qrant hesabına milyon manata yaxın vəsait – SƏRF EDİLƏCƏK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant hesabına avadanlığın satınalınması” tenderinin nəticələrini elan edib. QHT.AZ FED.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Simplex” QSC olub. Qalib şirkətlə 995 700 manat məbləğində müqavilə imzalanıb. Bağlanmış müqaviləyə əsasən ADNSU 10 ədəd tədris stendi alacaq. Bu stendlərə günəş modulunun ölçülməsi, fotoelektrik, süni işıq mənbəyi, külək elektrik stansiyalarının əsasları, külək elektrik stansiyasında enerjinin çevrilməsi və s. aiddir.