QHT.az-a açıqlama verən “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni qeyd edib ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən ictimai rəy sorğuları əsasında geri qayıdacaq əhalinin hansı sahələrdə işlə təmin edilməsinin planlaşdırılması vacibdir. QHT-lərin və işəgötürənlərin bu prosesdə rolu getdikcə artacaq, çünki əhalinin işlə təmin olunması əhəmiyyətli faktorlardan biridir. Gələcəkdə sahibkarlıq subyektləri və işəgötürənlərlə əlaqəli planlar da tənzimlənəcək və əhalinin peşə üzrə ehtiyacları qarşılanacaq: “Bu gün bildiyiniz kimi böyük qayıdışdan əvvəl keçmiş məcburi köskünlər arasında ictimai rəy sorğusu keçirilib. Onlar vətənə qayıdacaqları və köçməyə hazır olduqları haqqında rəy sorğusundan məlumat veriliblər və o məlumata əsasən dövlət Böyük Qayıdış proqramını tərtib edib. Çünki nə qədər əhali köçürsə, köçmək niyyətindədisə, geri qayıtmaq niyyətindədirsə o qədər də bu məsələ aktualdır ki hansı ixtisas sahələri üzrə iş yerləri təşkil olunsun və geri qayıdan əhalinin işlə təmin olunması məsələsi təmin olunsun. Ona uyğun olaraq əvvəlcədən ictimai rəy sorğusunun keçirilməsi çox vacib bir məsələ idi. Və o anket sorğuları əsasında bu dəqiqə böyük qayıdış həyata keçirilir. Zaman-zaman bu məsələlərin hamısı yenidən araşdırılacaq, hansı iş yerlərinə, hansı sahibkarlıq subyektlərinə ehtiyac varsa zaman-zaman tənzimlənəcək. Çünki əhali köçməlidir, yerləşməlidir. Müəyyən məsələlər, proses getməlidir. O prosesin nəticəsində əvvəlcədən planlaşdırılmış o sahələri çıxmaq şərtilə qabaqcadan planlaşdırılıb ki, filan rayona yüz müəllim lazımdır və yaxud təhsil işçisi nəzərdə tutulub. Amma bu işəgötürənlərlə bağlı, sahibkarlarla bağlı bu məsələlər qismən planlaşdırılıb. Çünki əhalinin yeni yurd yerlərində işlə təmin olunması çox vacibdir. Amma zaman keçdikcə ehtiyaclar yene dəyərləndiriləcək və ona uyğun tədbirlər görüləcək”.
“Əhali yerləşəndən sonra QHT-lərin xidmətləri və tədbirləri həyata keçiriləcək” – Rauf Zeyni
Böyük Qayıdış proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məcburi köçkünlərin geri qayıtmasını təmin edən mühüm bir dövlət layihəsidir. Bu proqram çərçivəsində həyata keçirilən tədbirlər Qarabağ və Şərqi Zəngəzur bölgələrində sosial və iqtisadi həyatı yenidən bərpa etmək məqsədi daşıyır. Prosesin uğurlu və dayanıqlı olması üçün məskunlaşma və məşğulluq kimi əsas məsələlər tədricən həll edilir. Bəs Qarabağda və Şərqi Zəngəzurda bərpa və məskunlaşma layihələrində işəgötürənlərin və ictimaiyyətin rolu haqqında nə deyə bilərsiniz? İşəgötürənlərin aktiv formada cəlb edilməsi üçün hansı stimullaşdırıcı dəstək mexanizmləri mövcuddur? Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda hansı aktiv məşğulluq tədbirləri həyata keçirilir və bu proses necə təşkil olunur? QHT.az bu sualları “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyniyə ünvanlayıb. O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin geri qayıtması dövlət səviyyəsində həyata keçirilir. Hazırda bu prosesin birinci mərhələsi davam edir və ictimaiyyətin geniş formada cəlb olunması hələ ki, mümkün deyil. Əhali tam yerləşəndən sonra QHT-lərin müxtəlif xidmətlər göstərməsi və ictimai tədbirlər təşkil etməsi mümkün olacaq. Əsas məqsəd əvvəlcə əhalinin təhlükəsiz və sabit formada məskunlaşmasıdır: “Hal- hazırda dövlət səviyyəsində məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi səviyyəsində böyük qayıdış həyata keçirilir və bu tabii ki müəyyən mənada geniş ictimaiyyətin cəlb olunası mümkün olmadan həyata keçirilir. Çünkü bu, böyük qayıdışın birinci mərhələsidir. Əhali oraya yerləşəndən sonra o zaman artıq orada hər hansı bir ictimai tədbirlərin həyata keçirilməsi, QHT-lər tərəfindən əhaliyə müayyən xidmətlərinin göstərilməsi və digər ictimai tədbirlərin hayata keçirilməsi mümkün ola bilir”.
Ramil Göyüşov: “Diplom və sertifikat yalnız təlim-tədrisdən sonra verilməlidir”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “orden” və “medal” paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a öz fikirlərini bildirib. “Maraqlıdı başa düşmək olmur ordeni diplomu götürən insanlar nə əldə edirlər, mənə neçə illər öncə bİH başçısı diplom vermək istədiyini dedi, qətiyyən razı olmadım. Diplom-sertifikat ancaq hansı mövzu üzrə təlim-tədrisdən sonra verilməlidir. Sadəcə təəsüf doğrur sovetlər dönəmindən qalan ənənələrlə vətəndaşlar ad, medal, diplom və s. təltifləri gözləyirlər”.
İsrayıl İsgəndərov: “Bəzi QHT-lər missiyasını yaddan çıxarıb, bu yolverilməzdir”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “orden” və “medal” paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov QHT.az-a öz fikirlərini bildirib. “Bəzi QHT-lər QHT missiyasını yaddan çıxarıb müxtəlif kompaniyalar vasitəsilə imic formalaşdırılar, bu yol verilməzdir. Bəyanət çox yerində verilib. QHT-lər cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi inkişafının barometri sayılır. QHT-lər vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşmasını özündə ehtiva edən bir institutdur. QHT cəmiyyətin maraqlarını qorumaqda, rifahını yaxşılaşdırmaqda aparıcı rola malik olmalıdırlar. Rifahın yaxşılaşdırılması, problem və istəklərin müəyyənləşdirilməsi, onların aktuallaşdırılması və həlli istiqamətində cəhdlər QHT-in əsas məqsədləridir”.
Bəzi QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə dəvət edirik
Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir brtm.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı bəyanatda bildirilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Qeyd olunub ki, bu qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz: “İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”.