“Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində 25 sentyabr tarixində Salyan rayonunda növbəti tədbirini keçirdi. QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirdə Allahverdi Priyev, Leyla Nəsirova, Əzizağa Məmmədli, Məhərrəm Məmmədov və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Çıxış edənlər kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət şüarı ilə razılaşdıqlarını bildirdilər. Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri ictimai iştirakçılıq, şəfaflıq mövzusunda bölgələrimizdə bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Tədbirin açılışını Salyan İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov layihə haqqında fikirlərini bölüşüb. Daha sonra Rauf Zeyni çıxışında 44 günlük vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə tarixindən danışdı.O bildirdi ki, 44 günlük İkinci Qarabağ savaşı “ dəmir yumruq” əməliyyatı nəticəsində Prezident, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qüdrətilə böyük qələbə qazanıldı.Azərbaycan Prezidenti nəinki torpaqlarımızı işğaldan azad etdi, regionda sülh stabillik, yeni bir mühit və vəziyyət yaratdı. Bu, danılmaz həqiqətdir. QHT sədri bildirdi ki, Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər əhalinin sevinclə öz yurdlarına qayıtmasına şərait yaratdı. Bu da bizim üzərimizə düşən şərəfli bir missiyadır. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 2022-2023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.
“Məcburi köçkünlər öz torpaqlarında həm təhsil alacaq, həm də iş tapacaq” – İradə Rizazadə
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az -a Xankəndində Qarabağ Universitetinin açılmasını həm tarixi haqqın bərpası, həm də sosial inkişafın təminatı kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin 2023-cü ildə verdiyi sərəncamı xalq tərəfindən müsbət qarşılandığını vurğulayıb. “Əvvəllər də bu torpaqlarda universitet olub, lakin işğaldan sonra ermənilər qanunsuz olaraq Artsax Universitetini yaratmışdılar. Bu tarixi haqsızlıq Qarabağda qan tökərək və şəhidlər verərək aradan qaldırıldı,” – deyə Rizazadə qeyd edib. O, həmçinin universitetin açılmasının sosial rifahın yaxşılaşmasında mühüm rol oynayacağını bildirib: “Qarabağ Universiteti müxtəlif fakültələrlə – pedaqoji, incəsənət, sosial, iqtisadiyyat, mühəndislik, turizm və beynəlxalq dil mərkəzləri ilə bölgənin kadr potensialının formalaşmasına böyük töhfə verəcək.” QHT sədri məcburi köçkünlərin bu universitetdə təhsil alaraq, öz torpaqlarında işləmək imkanlarının yaradılacağını və bu prosesin işsizlik problemini aradan qaldıraraq sosial inkişafı sürətləndirəcəyini vurğulayıb.
Ramil Əliyevdən təhsilimizin inkişafında qürurverici ifadələr…
“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, QHT.az-a özəl açıqlamasında keçən il Xankəndi şəhərinin azad olunmasının Azərbaycanın suverenliyinin bərpasında əhəmiyyətli bir addım olduğunu vurğuladı. O, 2024-cü ildə Qarabağ Universitetinin yaranmasının da bu sevincin bir hissəsi olduğunu qeyd edərək, cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu siyasətə diqqət çəkdi. Ramil Əliyev, “Qarabağ Universiteti təhsilimizin inkişafında mühüm rol oynayacaq. O universitetə gedən gənclərin, ailələrin sevincini gördük. Yüksək bal toplayan tələbələrimizin əksəriyyəti Qarabağ Universitetini seçdi,” dedi. Onun fikrincə, gənclərin 30 il işğaldan azad olunmuş torpaqlarda təhsil almaları qürurverici bir haldır. Şuşada və Xocalıda universitetin fakultələrinin açılması, şəhid olan qardaşlarımızın ruhunu şad edəcək və qazilərə dəstək olacaq. “Xocalı bizim ən yaralı yerimizdir. Ağdam şəhərində də bir texnikum olub. İşğal zamanı düşmən oranı darmadağın etdi. Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun,” deyə QHT sədri əlavə etdi. Ramil Əliyev, Qarabağ Universitetinin tələbələrinin beynəlxalq alanda tanınacağına inandığını, bu universitetin Avropada və digər ölkələrdə magistratura təhsili üçün qəbul edilməsində Azərbaycan təhsilinin tanınmasına səbəb olacağını vurğuladı. “Bu universitetin tələbələri digər universitetlərə nümunə olacaq,” dedi. Son olaraq, QHT sədri bütün təhsil alan tələbələrə və müəllimlərə uğurlar arzuladı, Qarabağ Universitetinin dünya brendi olacağına inandığını bildirdi.
QHT sədri Qarabağ Universitetinin gələcəyi, tələbələrin sevinci və qlobal tanınmadan danışdı
“Şuşada və Xocalıda Qarabağ Universitetinin fakultələrinin açılması, şəhid olan qardaşlarımızın ruhunu şad edəcək və qazilərə dəstək olacaq. “Xocalı bizim ən yaralı yerimizdir. Ağdam şəhərində də bir texnikum olub. İşğal zamanı düşmən oranı darmadağın etdi. Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun”. Bu sözləri QHT.az-a açıqlama verən “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. QHT sədri Qarabağ Universitetinin tələbələrinin beynəlxalq alanda tanınacağına inandığını, bu universitetin Avropada və digər ölkələrdə magistratura təhsili üçün qəbul edilməsində Azərbaycan təhsilinin tanınmasına səbəb olacağını vurğuladı. “Bu universitetin tələbələri digər universitetlərə nümunə olacaq,” dedi. Son olaraq, Əliyev bütün təhsil alan tələbələrə və müəllimlərə uğurlar arzuladı, Qarabağ Universitetinin dünya brendi olacağına inandığını bildirdi. QHT.az olaraq, Qarabağ Universitetinin fəaliyyətini izləyərək, onun təhsil sahəsindəki müsbət təsirlərini və cəmiyyətimiz üçün əhəmiyyətini vurğulamağa davam edəcəyik.
QHT rəhbərindən Bakının xilas planı
QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli, Bakı şəhərinin ekoloji fəlakətdən və tıxac zülmündən xilas olunması üçün bir sıra strateji tədbirlər təklif edib. Onun təqdim etdiyi “Bakının Xilas Planı” aşağıdakı əsas məqamlardan ibarətdir: 1. Bütün Universitetlər kampuslarla təmin olunmaqla regionlara və șəhər kənarına köçürülməlidir. 2. Neftçilər șəhərciyi yaradılmalıdır (Ələt iqtisadi zonada) və SOCAR daxil olmaqla bütün ișçılər köçürülməlidir. İnzibati binalar da daxil olmaqla. 3. Dəniz taksiləri fəaliyyətə bașlamalıdır. Eyni zamanda regionlardan Bakıya gəmilərlə sərnișindașınma iși qurulnalıdır (Astara, Neftcala, Xaçmaz, Pirallahı və.s) 4. Nazirliklər Bakıdan çıxarılmalıdır. 5. Sumqayıt-Bakı, Ələt-Bakı marșrutları üzrə metrobus sistemi qurulmalıdır. 6. Səhiyyə və təhsil müəssisələrində çalıșan bütün həkim və müəllimlərin “hər kəs evinə yaxın müəssisədə” prinsipi üzrə könüllü olaraq yerdəyișməsini təmin etmək lazımdır. 7. Qarabağa qayıdıș prosesində digər region vətəndașlarının da könüllü iștirakına imkanlar yaradılmalıdır”. QHT sədri bu tədbirlərin həyata keçirilməsi ilə Bakının ekoloji problemlərdən və tıxacdan xilas olacağını vurğulayaraq, planın sosial-iqtisadi inkişaf üçün də əhəmiyyətli olduğunu qeyd edib.