“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi 2024-cü il sentyabr ayının 15-i, “Bilik günü”ndə bəstəkar Bəhram Nəsibovun neft sənayesi və ekologiya mövzusunda yazdığı marş və mahnılardan ibarət “Ekoloji təmiz qara qızıl” topsunu nəşr etdirib. QHT.az xəbər verir ki, toplu “Əsrin müqaviləsi”nin otuz illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Oxuculara təqdim olunanan bu toplu böyük istedad sahibi, tanınmış bəstəkar, şair, ifaçı, satirik Bəhram Nəsibovun neft sənayesi və ekologiya mövzusunda bəstələdiyi marş və mahnılardan ibarətdir. Üç hissəli topluda bəstəkarın bu vaxta qədər ifa edilməmiş 20 adda əsərinin not yazıları və onların şeir mətnləri işıqlandırılmışdır. Birinci hissədə neft sənayesi, ikinci hissədə neft kəmərlərinin keçdiyi ərazilər, üçüncü hissədə ekologiya və alternativ enerjiyə həsr edilmiş əsərlər əksini tapıb. Layihə rəhbəri və toplunun tərtibçisi, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi sədri Adil Nəsibov, baş məsləhətçi və ön sözün müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, elmi redaktor ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, layihənin koordinatoru tədqiqatçı hüquqşünas Səməd Vəkilov, rəyçiləri ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, not yazısının müəllifi Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlidir. Toplu “Füyuzat” nəşriyatında nəşr edilib. Toplunun Dövlətçiliyimizə, Mədəniyyətimizə layiqli tövhələrdən olacağına əminik
Azərbaycan Milli QHT Forumunda qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai müzakirə keçirilib
Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib ki, bu gün Azərbaycan Milli QHT Forumunda QHT-lərlə əlaqədar bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi təşəbbüsləri ilə bağlı növbəti ictimai müzakirə keçirilib. Tədbirdə QHT-lərin fikirləri və təklifləri dinlənilib, qanunvericiliyin təkmilləşdirilməsi yolları müzakirə olunub.
“Azərbaycan hərbi xərcləri azaldaraq bərpa və inkişaf layihələrinə fokuslanacaq” – QHT sədri
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə baxmayaraq, Azərbaycanın 2025-ci ildə hərbi xərclərini 468 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayıracağını açıqlayıb. QHT.az xəbər verir ki, QHT sədri qeyd edib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına gələn il Azərbaycanın dövlət büdcəsindən 4 milyard manat (2.352 milyard dollar) ayrılacaq. Bu, işğaldan azad olunan ərazilərdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiqləyir və Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsini əks etdirir.
Bir qrup QHT-yə üzvlük vəsiqəsi təqdim edilib
Sentyabrın 18-də Azərbaycan Milli QHT Forumunda (AMQF) AMQF-nin yeni vəsiqələr əldə etmək üçün və üzvlük üçün müraciət etmiş təşkilatlara vəsiqələr təqdim edilib. Bu barədə QHT.az Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib
QHT sədri Humanitar Forumda ölkəmizi təmsil edib
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən 17-20 sentyabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Başkortostan Respublikasının Ufa şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin yaradıcı və elmi ziyalılarının 17-ci Forumu keçirilib. Forumun əsas mövzusu “Müstəqil Dövlətlər Birliyi: ümumi dəyərlər və çoxmədəniyyətlilik” olub. QHT.az xəbər verir ki, Forumda MDB ölkələrindən gələn ziyalılar, elmi araşdırmaçılar, yaradıcı sənətkarlar, həmçinin müxtəlif dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbir çərçivəsində Birlik ölkələrinin mədəni müxtəlifliyini qorumaq, ümumi dəyərləri inkişaf etdirmək, xalqlar arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirmək kimi mövzular ətrafında müzakirələr aparılıb. Azərbaycanı bu nüfuzlu forumda AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Teatrlar, Mədəniyyət sahəsində çalışan QHT-lər, Mədəniyyət sahəsində çalışan yaradıcı və elm adamları təmsil ediblər. İnklüzivlik baxımından Azərbaycanı bu nüfuzlu forumda Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov təmsil etmişdir. Aydın Xəlilov forumun “MDB ölkələrində inklüziv mədəniyyət” adlı dəyirmi masasının həmmoderatoru olmuşdur. Bu dəyirmi masada MDB ölkələrində inklüziv mədəniyyətin inkişaf etdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların mədəniyyət sahəsində bərabərhüquqlu iştirakının təmin edilməsi kimi aktual məsələlər müzakirə olunub. Aydın Xəlilov çıxışında qeyd edib ki, inklüziv mədəniyyət yalnız əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası demək deyil, bu, həm də onların potensiallarının tam şəkildə reallaşdırılmasına şərait yaradılmasını nəzərdə tutur. O, inklüzivliyin hər bir ölkənin mədəni və sosial inkişafına böyük töhfə verdiyini vurğulamış, bu istiqamətdə MDB ölkələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyini qeyd edib. Dəyirmi masa çərçivəsində iştirakçılar MDB ölkələrində inklüziv mədəniyyətin vəziyyəti, mövcud problemlər və həll yolları, bu sahədə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar. MDB ölkələrində əlilliyi olan şəxslərin mədəniyyət sahəsində daha fəal iştirakı üçün yaradılan şərait, onların yaradıcılıq potensialının üzə çıxarılması və inklüziv mədəniyyətin gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub. Forumun yekununda iştirakçılar inklüziv mədəniyyətin inkişafına yönəlmiş tövsiyələr irəli sürmüş və bu sahədə gələcək əməkdaşlığın gücləndirilməsi üçün birgə fəaliyyət planının hazırlanması təklifi ilə çıxış ediblər. Bu Forum MDB ölkələrində ümumi dəyərlərin və çoxmədəniyyətliliyin təşviq edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilmiş və inklüzivliyin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bir platforma olub.