“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi 2024-cü il kiçik qrantlar müsabiqəsinin qalibi olaraq Mingəçevir şəhərində “İİV-lə mübarizə” adlı layihəsinin həyata keçirilməsinə başlayıb. QHT.az xəbər verir ki, 01 avqust 2024-cü ildən həyata keçirilməyə başlayan layihənin 3 ay ərzində Mingəçevir şəhər təhsil müəssisələrində gənclər arasında maarifləndirmə və profilaktiki tədbirlər aparmaqla getdikcə artmaqda olan İİV-ə yoluxma hallarının azaldılmasına nail olmaqdan ibarətdir. Bu layihə çərçivəsində İİV/QİÇS-lə bağlı maarifləndirmə fəaliyyəti vasitəsilə problemlə bağlı ictimai məlumatlılığın artırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi uzun illərdir İİV/QİÇS-lə bağlı layihələr həyata keçirir və bu sahədə böyük təcrübəsi və peşəkar komandası vardır. Hazırda təşkilat ölkənin 15 rayonunda əsas əhali qrupları arasında İİV/QİÇS-lə bağlı profilaktiki tədbirlər həyata keçirir.
QHT “Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” layihəsinə start verib
“Faiq” Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi “Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verib. QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layiənin məqsədi yeniyetmələrin kənd təsərrüfatı sahəsində yeni yaradılmış peşə və ixtisaslar haqqında məlumatlandırılması, bu sahəyə maraqlarının artırılması, kənd təsərrüfatı üzrə bütün peşə məktəbləri haqqında məlumatlanması, bu sahədə kadr hazırlığı işinə töhfə vermək, gənclərin məşğulluğunun təmin edilməsinə, bu sektorda səmərəliliyi artırmaq planlarına dəstək olmaqdır. Qeyd edək ki, layihə 3 ay ərzində Quba şəhərində icra olunacaq.
QHT “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihənin icrasına başlayıb
Müasir Qadın və Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə kiber zorakılığın təsirinə məruz qalan insanlar, xüsusilə də yeniyetmə və gənclər üçün sükutu və qorxunu ümidlə, mübarizə yolu ilə əvəz etmək, dəstək məqəsdi daşıyan layihə həyata keçirir. Qht.az xəbər verir ki, “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihənin əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı yeniyetmə və gənclərin (xüsusən də qızların) üzləkiber zşdiyi orakılıq, kiberbullinqin törətdiyi müxtəlif psixi travmaların, intihara meyilliiyin, eyni zamanda qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılmasına dəstək olmaqdır. İctimai Birliyin sədri Fidan Kazımova layihə barəsində danışaraq bildirib ki, əsrin bəlası hesab edilən kiber zorkılığın, kiberbullinqin genişlənməsinin səbəblərindən biri və əsasını riks qrupuna daxil olan insanların əksəriyyətinin üzləşdiyi problemi gizli saxlaması, bölüşməməsi, məsələyə qarşı sükut və ictimai qınağın olmamasıdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə məktəblilər, yeniyetmələr arasında intihar hallarının artımı müşahidə edilir. Çox təəssüflə vurğulamalıyıq ki, bunun əsas səbəbləri sırasında kiberzorakılıq, kiberbullinq və digər amillər durur. Eyni zamanda bir sıra iqtisadi məsələlərlə yanaşı, valideyn və müəllimlərin qeyri-etik davranışı, məktəb psixoloqlarının öz işini bilməməsi, valideyinlərin övladları ilə düzgün münasibət qurmaması və.s kimi səbəblər də yeniyetmələrin psixoloji durumuna mənfi təsir edir. Zorakılığın digər növlərindən fərqli olaraq, kiber zorakılığı aşkar etmək daha çətindir. Layihədə texnologiyanın faydalarından bəd niyyətlə istifadə edənlərə innovativ texnoloji üsullardan, vasitələrdən istifadə etməklə bildirmək istəyirik ki, kiber zorakılıqla mübarizə aktualdır və bu problemlə üzləşənlərə dəstək olan insanlar, qurumlar vardır ki, çəkinmədən vaxtında onlara müraciət etmək lazımdır. Layihə çərçivəsində Bakı, Sumqayıt və regionlar üzrə təhsil müəsissələrində, universitetlərdə kiber zorakılıq, kiberbullinq və digər zorakılıq halları ilə bağlı “Səssiz Eleni” adlı sosial yönümlü kampaniya çərçivəsində sorğular, maarifləndirmə işləri aparılacaq, təlimlər keçiriləcəkdir. Problemlə üzləşmiş risk qrupuna daxil olan gənc və yeniyetmələrlə psixoloji konsultasiyaların təşkil edilməsi, məsləhətlər verilməsi, fikir mübadiləsi aparılması da nəzərdə tutulur.
QHT “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihə çərçivəsində növbəti tədbirini keçirdi
Avqustun 28-də Cəlilabadda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Bu barədə təşkilatın sədri Rauf Zeyni brtm.az-a məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirdə iştirak edən Nadir Babayev, Təyyar Zülfüqarov, Ədalət Salmanov, Əfrahim Abbas, Teymur Əsədzadə,Sakit Üçtəpəli,Mahir Hüseynov və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 20222023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı: “Azərbaycan Prezidenti İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.Rauf Zeyni dövlət başçısı tərəfindən imzalanan bu fərmanı yüksək qiymətləndirdiyini, həmçinin vətəndaş cəmiyyəti tərəfindəndə olduqca mühüm bir hadisə kimi qarşılandığını vurğuladı”. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.
“Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi layihəsi çərçivəsində növbəti tədbirini keçirdi
Avqustun 28-də Biləsuvarda “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. brtm.az xəbər verir ki, bu barədə təşkilatın sədri Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirdə iştirak edən Mənzurə Şahverənova,Səmid Məmmədli, Züleyxa Mustafayeva, Bayram Əlizadə, Nurəngiz Babayeva və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 20222023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı. Rauf Zeyni həmçinin qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.Rauf Zeyni dövlət başçısı tərəfindən imzalanan bu fərmanı yüksək qiymətləndirdiyini, həmçinin vətəndaş cəmiyyəti tərəfindəndə olduqca mühüm bir hadisə kimi qarşılandığını vurğuladı. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi. Növbəti tədbir 29 avqust 2024 cü il tarixində Neftçalada keçiriləcək.