Hörmətli Mehriban xanım! Sizi, Azərbaycan Respublikasının I Vitse-prezidentini, ölkənin Birinci xanımını, Heydər Əliyev ondunun, Azərbaycan mədəniyyəti fondunun Prezidentini, İSESKO-nun xoş məramlı səfirini, döğum günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür cansağlığı ailə, övlad, nəvə sevinci, vətənimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyası istiqamətində gerçəkləşdirdiyiniz mühim layihələrdə uğurlar arzu edirik! Hörmətli Mehriban xanım! Siz ictimai-siyasi, elmi-mədəni fəaliyyətinizlə, bütün dünyaya sübut etdiniz ki, Şərq, onun bir parçası olan Azərbaycan bütün zamanlarda dinlərin, mədəniyyətlərin, sivilizasiyaların, tolerantlıq ünvanı, məhəbbətin, mərhəmətin, xeyirxahlığın, yaxşılığın ünvanı olub. Tarixin bütün dönəmlərində dünyanın maddi-mədəni, ümumbəşəri dəyərlər xəzinəsini, sistemini öz inciləri ilə zənginləşdirib, zinətləndirib. Bu gün Azərbaycan deyəndə, tarixi Zəfərə imza atmış, Güney Qafqazın siyasi mənzərəsini dəyişmiş qüdrətli bir dövlət, bir xalq göz önünə gəlir. O xalq ki, Xaqani, Nizami, Nəsimi, Fizuli Şah İsmayıl Xətai kimi dühalarının irsi ilə dünya insanını heyrətləndirdiyi kimi, Qılıncla Qələmin vəhdətində Şərqin ilk demokratik Cümhuriyyətini qurub. Yürütdüyü müdrik daxili və xarici siyasətlə, azadlıq, özgürlük, birlik, bütövlük dastanını yaradıb! Hörmətli Mehriban xanım! Məhz Sizin son 20 ildəki, siyasi faliyyətiniz, Ulu Öndər irsinə sədaqət, onun Azərbaycançılıq, məfkurəsinə, dostluq, qardaşlıq, tolerantlıq duyğularına hörmət hissindən ucaltdığınız, abidəyə çevirdiyiniz Heydər Əliyev Fondu ilə sübut etdiniz ki, hər bir Qüdrətli dövlət xadiminin, Sərkərdə-Xaqanın arxasında qüdrətli bir Qadın dayanır. Milli dövlətçilik tariximizlə bilavasitə bağlı olan saray mədəniyyətinin ağır yükü altına Baş Xatun zərif çiyinlərini verəndə tarix təkrarlanır, lider-varis ənənəsi uğurla dəvam edir, ot kökü üstə bitər hikməti ruhun qida yeri olur. Hörmətli Mehriban xanım! Qeyd olunan bu incə məqamları biz Sizin rəhbərliyinizlə gerçəkləşən genişmiqyaslı layihələrdə, təşkil olunan konfrans və simpoziumlarda, Milli Məclisdə qəbul olunan Ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsinin qəbulu zamanı yaşadıq. Avroviziya mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, Azərbaycan muğamının, xalısının, tarın, sazın, kamanın, neyin, udun, kəlağayının, və digər incilərimizin UNESKO-nun xətti ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil olanda gördük. Hörmətli Mehriban xanım! Siz təkcə mühim işlər görmədiniz, Xocalıya ədalət kampaniyası ilə tarix yaradan, övladınızın, Fondun vitse- prezidenti xanım Leyla Əliyevanın arxasında dayandınız. 30 il sonra tarixi intizara son qoyan Müzəffər Ali Baş Komandanın, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək verdiniz, ona arxalandınız, ona arxa oldunuz! Hörmətli Mehriban xanım! 44 günlük tarixi savaş, Vətən müharibəsi günlərində nümayiş etdirdiyiniz iradəni, sonsuz Vətən sevgisini biz bu gün Qarabağda, Şərqi Zəngəzurdakı möhtəşəm quruculuq işlərində görür, varlığınızla qürur duyuruq! Bu gün bütün Türk dünyası, Turan elləri, Şərq və Qərb dəyərlərinin sintezini bəşəriyyətin nicat yolu hesab edən müdrik insan, ailə dəyərlərini ən ali dəyərlərdən uca tutan Azərbaycan vətəndaşı, Qazi, Şəhid ailəsinin üzvü Sizi sevir, adınızı dərin hörmət, ehtiram və qürur hissi ilə çəkir, özünü Müzəffər Ali Baş Komandanın və Sizin Vətən, Azərbaycan naminə gördüyü işlərin əsgəri hesab edir. Hörmətli Mehriban xanım! Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq! Zərifə Quliyeva “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri, Qalib Əliyev Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri
QHT sədri işğaldan azad edilmiş ərazilədə mina problemlərindən danışıb – AÇIQLAMA
“Azərbaycan dünyada minalardan və PHS-dən zərər çəkmiş, müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır. “Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”. brtm.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, ilk atəşkəsdən sonra (12 may 1994-cü il) Azərbaycan Ordusunun Mühəndis Qoşunları Füzuli rayonunun işğaldan azad edilmiş 22 kəndinin ərazisində minalardan təmizləmə əməliyyatlarına başladı, 15 mina sahəsindən 19 minə yaxın tank əleyhinə mina və 22 minə yaxın piyada əleyhinə mina zərərsizləşdirdi: “Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırğasındadır. İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir. “Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.” Aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifeanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var. Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub”.
Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Avqustun 15-17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində keçirilən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb. 3 gün davam etmiş təlimlərdə layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparıb. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub. Təlimdə 100-ə yaxın QHT təmsilçiləri iştirak edib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”ndan sonra iştirakçı QHT təmsilçiləri həmrəylik flaşmobu təşkil edib. Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib. Ümumilikdə, bu proqramlarda indiyədək 450-dən çox QHT iştirak edib. Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.
Masallıda “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirildi
Bu gün Masallıda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Bu barədə təşkilatın sədri Rauf Zeyni brtm.az-a açıqlamasında məlumat verdi. Tədbirə başlamazdan əvvəl, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatı oldu və ictimai müzakirələr aparıldı. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. Tədbirdə iştirak edənlər ictimai nəzarətlə, ictimai iştirakçılıqla, mövcud vəziyyətlə bağlı regionda, eyni zamanda Masallıda olan məsələlərlə bağlı münasibətlərini bildirdilər. Veteran, qazi hüquqlarının məsələsi ilə bağlı müzakirə keçirildi, mövcud problemlər qeyd olundu və həll olunması ilə bağlı real addımlar atıldı. İctimai dinləmə çərçivəsində bir neçə vətəndaşın bu gün probleminin həll olunmasında nəticə əldə olundu. QHT sədri təşkilatçılara, Masallı İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə dəstək olan digər qurumlara təşəkkürünü bildirdi. Sonda tədbir iştirakçıları ilə birlikdə qrup şəkili çəkildi. Bu tədbir, bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi və vətəndaşların sosial rifahının artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
QHT “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsinin ilk tədbirini keçirdi
Bu gün Lənkəranda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirdi. Bu barədə təşkilatın sədri Rauf Zeyni brtm.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Rauf Zeyni açılış nitqində Paris Olimpiadasında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldıran Hidayət Heydərovu tədbir iştirakçıları tərəfindən təbrik etdi. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirdə iştirak edən Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Fəxrəddin Hüseynov, şairə və hüquqşünas Əfsanə Xəlilbəyli, Qulaməli Hüseynov, Günay Sultanova və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 2022-2023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi. Növbəti tədbir 31 iyulda Masallı rayonunda layihə çərçivəsində keçiriləcək.