Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

Bakı QHT Resurs və Təlim Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Mərkəzin rəhbəri Rauf Zeynidir.

Məqsədimiz:

Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən QHT-lərin təşkilati inkişafın bütün aspektləri üzrə təlim, seminar, tədbir, konfransların keçirilməsini təmin etmək; QHT-lərin dayanıqlı inkişafı üçün əlverişli mühitin yaradılmasına yardım etmək;

QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etmək;

Vətəndaş cəmiyyəti quruculuğunda donor milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərmək;

İctimai və özəl sektorda QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərmək QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması, bununla  ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaq.

Kimlər yararlanıb?

Bakı QHT Resurs və Təlim Mərkəzinin fəaliyyəti dövründə 700-ə qədər QHT, 10-dan çox beynəlxalq təşkilatlar-(Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı, Amerika Şərq Qərb İdarəçilik İnstitutu (SEDA), Avrasiya Xalqlar Assambleyası), 300-dən çox könüllülük tələbə gənclər və QHT-lərin fəaliyyətini işıqlandıran 50-dan çox KİV nümayəndəsi, MQF-nin üzvləri və mərkəzləri yararlanmış və vətəndaş cəmiyyətinin fəaliyyəti haqqında məlumat alıb.

Bundan irəli gələrək, Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin professional idarəetmə qabiliyyətinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və diqər) dəstəyin təşkil olunmasına dair stabil işlək resurs mərkəzinin fəaliyyətini davam etdirməsi, QHT-lərə davamlı xidmət göstərməsi olduqca əhəmiyyətlidir.

Fəaliyyət növümüz:

Bakı QHT Resurs və Təlim  Mərkəzinin fəaliyyəti barədə Bakı, Abşeron və Sumqayıt QHT-lərin və ictimaiyyətin məlumatlandırılması;

Tədbirlərin keçirilməsi üçün Mərkəzin daim fəaliyyət göstərməsi;

Milli QHT-lərin işini əlaqələndirmək və hər hansı bir fövqəladə hallara qarşı cavab vermək üçün onların qabiliyyətini artırmaq;

Milli QHT-lərin hüquqi, eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühitin yaradılmasına yardım etmək;

Milli QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək etmək;

Vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərmək;

İctimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərmək;

Təşkilatın daxilində fəaliyyət göstərən mərkəzlərin aylıq görüşlərinin təşkili və keçirilməsi.

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.