MQF “Ailə Dəstək ” Mərkəzinin 26 dekabr 2017-ci il tarixində keçirilən “Təhsil – cəmiyyətin və ailənin əsas meyarıdır” mövzusunda tədbirin icrasına başlanmışdır. Tədbirin əsas məqsədi. Vətəndaş cəmiyyətində insanlar müxtəlif sosial qruplar yaratmaq imkanına sahib olur. İnsanların təsis etdiyi sosial qruplardan ən önəmlisi ailədir. Ailə kiçik sosial qrup olub cəmiyyətin ilkin özəyini təşkil edərək, onu formalaşdıran əsas elementlərdən biri sayılır. Cəmiyətin inkişafında ailənin rolu böyükdür. Nikah isə ailənin hüquqi əsasıdır. Ölkənin inkişafı haqqında fikir söyləmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır. MQF “Ailə Dəstək ” Mərkəzi bacardığı qədər maariflənmə işi apararaq hesab edir ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. Bu mənada ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas meyardır. Mərkəz çalışır ki, ictimai sahədəki fəaliyyətini vətəndaşlara və institutlara daha inkluziv dünyaya töhfə verməkdə kömək etsin və sosial tədbirlərdən tutmuş müxtəliflik və gənclərlə bağlı məsələlərə kimi bütün lokal məsələləri qlobal miqyasa çatdırsın. Gənclər fəal vətəndaşlıq sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsində proqramlar həyata keçirsin. Gənc nəslin tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə sıx bağlıdır. Təlim-tərbiyə isə insan psixologiyasını formalaşdıran mühüm amil sırasında öndə gedən elementdir, çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasənda formalaşır. Ona görə də tərbiyə, xüsusilə də məktəblərdə qurulan tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Məhz buna görə müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur. Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində – peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün cəmiyyətdə demokratiyanın inkişaf etdirilməsi əsas şərtdir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir. Azərbaycanda ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Mərkəzin nəzdində “Qaynar Xətt” yaradılacaq
Bakı QHT Resurs və Təlim mərkəzində 06 iyun 2017-ci il MQF Psixoloji Araşdırma və Dəstək Mərkəzinin illik hesabatı və növbəti fəaliyyət proqramının təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Forumun tərkibində ilk yaradılan mərkəzlər biri olan MQF Psixoloji Araşdırma və Dəstək Mərkəzinin gördüyü işlərdən və nəaliyyətlərindən danışdı və Mərkəzin MQF-nin fəaliyyətində vacib rolunu qeyd etdi. Sonra Mərkəzin rəhbəri Vüsalə Xəlilova Mərkəzin yaradılan zamandan bu günə kimi gördüyü işlər barədə təqdimat edərək, gələcək fəaliyyət proqramı haqqında ətraflı məlumat verdi. Gələcəkdə Mərkəzin nəzdində “Qaynar Xətt”in olmasını vurqulayaraq, onun Foruma verəcək faydalarını qeyd etdi. Tədbirdə iştirak edən digər Mərkəz rəhbərləri çıxış edərək birlikdə tədbirlərin keçirilməsi, əlaqələrin güclənməsi haqqında öz fikirlərini bildirdi və müzakirələr edildi.
İranlı Mühacirlər Cəmiyyəti layihəsinə yekun vurdu
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi” layihəsinə noyabrın 18-də yekun vurub. Layihə çərçivəsində reallaşdırılan “İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli” adlı dördüncü “dəyirmi masa” İMC-in üzvü olduğu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun zalında düzənlənib. İştirakçılar bir gün öncə Fəxri Xiyabana baş çəkmiş, iranlı mühacirlərə müstəsna qayğı nümunələri ilə xatirələrdə qalan Ümummilli Liderimiz Heydər Əliyevin, Azərbaycan Demokrat Firqəsinin banısı və Təbrizdəki Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin, həmçinin təşkilatın rəhbərləri olmuş general Qulam Yəhyanın abidələri, Əmirəli Lahrudinin məzarı önünə tər çiçək dəstələri düzmüşlər. Tədbiri giriş sözü ilə açan “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə iştirakçıları əvvəl sənədli filmə baxmağa dəvət edib: “Bu, 70 ilin xronologiyasıdır. Orada ata-babalarımızı, onların yolunu layiqincə davam etdirənləri, digər kadrları görərkən bir daha İranlı Mühacirlər Cəmiyyətinin mühacirətin dünyəvi Azərbaycan modeli sayılmasına məntiqi əsasların olduğu qənaətinə gələcəyiniz şəksizdir”. Filmin nümayişindən sonra layihənin ekspertləri – İMC sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Firudin İbrahimi və “İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi”nin sədri Zeynalabdin Abbasov bildiriblər ki, əslində onların sadalayacaqları aspektlər sənədli filmdə təfərrüatı ilə lentə alınıb. Ekspertlər vurğulayıblar ki, 1946-cı ilin dekabrında Arazın bu tayına pənah gətirən insanların hər biri milliyətindən asılı olmayaraq doğmalar kimi qayğı ilə əhatə edildi. İşlə, yatacaqla təmin olunan bu insanların cəmi 10 il sonra hamısının öz mənzili, evi var idi. 70 faizi yazıb-oxumağı bacarmayan həmin şəxslərin sırasından 33 il ərzində 200 nəfər elmlər namizədi, doktoru yetişdi. Onlar istehsalatda, quruculuq işlərində, elmdə, mədəniyyətdə, incəsənətdə, idmanda misilsiz uğurlar qazandılar. İMC İdarə Heyəti üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi Adilə Çernikbülənd; “70 il əvvəl müharibədən çıxan ölkəyə mühacirət etdik. Çətinliklərə baxmayaraq heç nəyi əsirgəmədilər. Potensialımız filmdən göründüyü kimi göz önündədir. Haqq itirən olmadığımızdan sağ ol demək borcumuzdur. Bu ölkənin də bizim timsalımızda sarsılmaz, möhkəm dayaqları var. Sadəcə bütün bunların təbliğatı aparılmalı, maarifçilik işi genişləndirilməlidir”. Səməd Bayramzadə (AMEA-nın Şərqşünaslıq İnstitutunun” şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru): “İstər müzakirəyə çıxarılan mövzu, istərsə də təqdim olunan sənədli film müasirdir, günümüzlə səsləşəndir. Mühacirətlə bağlı tendensiyalara, xüsusilə mühacirət tarixinə kompleks yanaşılmasını dövrümüz diqtə edir. Məsələ indiyədək təhqiqat obyekti olmadığından istərdik alim və mütəxəssislərimiz bu istiqamətə də üz tutsunlar”. İMC-nin Zaqatala regional təşkilatının sədri Rəsul Rzayi 10 min nəfərdən çox mühacirin orden, medal, döş nişanları ilə təltif edildiyini nəzərə çatdıraraq deyib: “Filmdə simalarını gördüyünüz 3 nəfər Sosialist Əməyi Qəhrəmanı, bir sıra istehsalat qabaqcılları təkcə bizim yaşadığımız Şəhriyar qəsəbəsinin deyil, bütün respublikanın fəxridirlər”. İranlı Mühacirlər Cəmiyyəti Ədəbi Birliyinin sədri, Dədə Qorqud beynəlxalq mükafatı laureatı, şair Tariyel Ümidin “Mühacirət” şeiri, eləcə də Sədaqət Cahaninin (Gəncə şəhəri) poetik misraları ədəbi ənənələrin davamından xəbər verirdi. “20 Yanvar” Cəmiyyətinin sədr müavini Mustafa Əliyev iranlı mühacirlər barədə yeni bilgilərdən məmnun qaldığını dilə gətirdi: “Bizim Şəhidlər Xiyabanında ziyarət etdiyimiz qəhrəmanlar sırasında iranlı mühacirlər və onların övladları da var. Hər biri iftixarımızdır, ruhları qarşısında baş əyirik”. Ötən əsrin 80-ci illərində Azərbaycana mühacirət edənlərdən İMC-in sədr müavinləri Həsən Babayi, Murtuza Nizamoğlu, həmçinin İbrahim Şiri onlarla birgə Azərbaycana müxtəlif millətlərin nümayəndələrinin gəldiklərni, hər birinin qısa vaxtda təhsillə, işlə təmin olunduqlarını deyərkən həmin vaxtlarda digər ölkələrə gedən yoldaşları ilə müqayisələr apardılar: “Onların ağır şəraitləri barədə narazılıqlarını eşitmək hər halda üzücü idi”. Bakı Dövlət Universitetinin professoru, pedaqoji elmləri doktoru Mehman Məmmədov çıxışında layihənin davamının vacibliyini nəzər çatdıraraq bu icma ilə bağlı ölkədə məlumat dairəsinin genişlənməsini zəruri saydı. BDU-nun professoru Pərviz Kazimi: “İstər ata-babalarımızın vaxtında, istərsə də indinin özündə müxtəlif ölkələrə mühacirətlər olub. Lakin onların heç biri İranlı Mühacirlər Cəmiyyəti kimi modelləşə bilməyib. Pərakəndəlik fəaliyyətlərinə xasdır”. Tədbirdə sənətkarlardan əməkdar artist Ruhəngiz Musəvinin, Həsən Cəbrayılovun, Tahirə Muradovanın çıxışlarında mühacirlərin Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına verdikləri töhfələrdən danışıldı. Xətai rayon icra hakimiyyətinin memarı Qaçay Əzizi və həkim Mənijə İbrahimi –Kazımovskaya isə təhsil fonundakı qayğı nümunələrini vaxtilə oxuduqları İvanova beynəlmiləl internat məktəbindəki yaşantıları ilə əsaslandırdılar. Çıxışlarda birmənalı surətdə vurğulandı ki, iranlı mühacirlər onlara Ulu Öndər Heydər Əliyev dönəmindəki göstərilən diqqət və qayğı ənənəsinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən davamından məmnundurlar və belə münasibətə görə respublikanın daha da çiçəklənməsi naminə hər cür fədəkarlıq nümunəsi göstərməkdə davam edirlər.
Ekologiya sahəsində problemlər müzakirə edildi
Bugun Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumunun (MQF) Ekologiya və Fövqaladə Hallar Mərkəzinin təqdimatı keçirilib. Tədbiri açan MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Forumun strukturu, o cümlədən Forumda fəaliyyət göstərən mərkəzlər barədə məlumat verib. MQF Ekologiya və Fövqaladə Hallar Mərkəzinin direktoru Telman Zeynalov müasir dövrdə Ekologiya sahəsində problemlər barədə məlumat verib. Mərkəz üzvləri Fikrət Cəfərov, İradə Həsənova, Şamil İsmayılov, Esmira Rəhimova və digər şəxslər çıxış edərək bir sıra təkliflər irəli sürdülər.
Multikulturalizm.info saytı fəaliyyətə başladı
Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi Aəzrbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Multikulturalizmin təbliğinə dəstək” layihəsinin icrasını davam etdirir. 16 iyun 2017 ci il tarixində, Azərbaycan Milli QHT Forumunin konfrans zalında layihə çərçivəsində yaradılan veb səhifənin təqdimatı keçirilmişdir. Təqdimatda mətbuat və QHT nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Nağıyev son illərdə Azərbaycan hökumətinin multikulturalizmlə bağlı həyata keçirilən tədbirlərindən, həmçinin Azərbaycanda multikultural dünyagörüşünün inkişafından bəhs etdi. O, həmçinin veb səhifənin ölkəmizdə multikultural dəyərlərin inkişafına dəstək olacağını xüsusi olaraq vurğuladı, veb səhifədə Azərbaycanda yaşayan etnik xalqlar və dinlər haqqında ətraflı materiallar dərc ediləcəyi haqqında məlumat verdi Bundan sonra veb səhifə tədbir iştirakçılarına təqdim edildi və daha sonra layihənin eksperti Taleh Əliyev, multikulturalizmin əhəmiyyətindən danışdı. Layihənin ölkəmizdə multikultural dəyərlərin inkişafına dəstək olacağını, həmçinin veb shifənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətindən danışdı. Daha sonra tədbir iştirakçıları müzakirələrə qoşularaq, maraqlı təkliflərlə çıxış etdilər və veb səhifənn Azərbaycan cəmiyyəti üçün vacib olduğunu bildirdilər və veb səhifənin ingilis və rus dillərində də, fəaliyyət göstərməsinin və sosial şəbəkələrdə də səhifə yaradılmaısının mühüm olduğunu vurğuladılar. Layihə rəhbəri təkliflərin gələcək fəaliyyətlərində nəzərə alınacağını bildirdi.