“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi 2024-cü il sentyabr ayının 15-i, “Bilik günü”ndə bəstəkar Bəhram Nəsibovun neft sənayesi və ekologiya mövzusunda yazdığı marş və mahnılardan ibarət “Ekoloji təmiz qara qızıl” topsunu nəşr etdirib.
QHT.az xəbər verir ki, toplu “Əsrin müqaviləsi”nin otuz illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Oxuculara təqdim olunanan bu toplu böyük istedad sahibi, tanınmış bəstəkar, şair, ifaçı, satirik Bəhram Nəsibovun neft sənayesi və ekologiya mövzusunda bəstələdiyi marş və mahnılardan ibarətdir. Üç hissəli topluda bəstəkarın bu vaxta qədər ifa edilməmiş 20 adda əsərinin not yazıları və onların şeir mətnləri işıqlandırılmışdır. Birinci hissədə neft sənayesi, ikinci hissədə neft kəmərlərinin keçdiyi ərazilər, üçüncü hissədə ekologiya və alternativ enerjiyə həsr edilmiş əsərlər əksini tapıb. Layihə rəhbəri və toplunun tərtibçisi, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi sədri Adil Nəsibov, baş məsləhətçi və ön sözün müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, elmi redaktor ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, layihənin koordinatoru tədqiqatçı hüquqşünas Səməd Vəkilov, rəyçiləri ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, not yazısının müəllifi Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlidir. Toplu “Füyuzat” nəşriyatında nəşr edilib. Toplunun Dövlətçiliyimizə, Mədəniyyətimizə layiqli tövhələrdən olacağına əminik