Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

“Geri qayıdan əhalinin işlə təminatı əsas məqsədlərdən biridir” – QHT sədri

QHT.az-a açıqlama verən “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni qeyd edib ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən ictimai rəy sorğuları əsasında geri qayıdacaq əhalinin hansı sahələrdə işlə təmin edilməsinin planlaşdırılması vacibdir.

QHT-lərin və işəgötürənlərin bu prosesdə rolu getdikcə artacaq, çünki əhalinin işlə təmin olunması əhəmiyyətli faktorlardan biridir. Gələcəkdə sahibkarlıq subyektləri və işəgötürənlərlə əlaqəli planlar da tənzimlənəcək və əhalinin peşə üzrə ehtiyacları qarşılanacaq:
“Bu gün bildiyiniz kimi böyük qayıdışdan əvvəl keçmiş məcburi köskünlər arasında ictimai rəy sorğusu keçirilib. Onlar vətənə qayıdacaqları və köçməyə hazır olduqları haqqında rəy sorğusundan məlumat veriliblər və o məlumata əsasən dövlət Böyük Qayıdış proqramını tərtib edib. Çünki nə qədər əhali köçürsə, köçmək niyyətindədisə, geri qayıtmaq niyyətindədirsə o qədər də bu məsələ aktualdır ki hansı ixtisas sahələri üzrə iş yerləri təşkil olunsun və geri qayıdan əhalinin işlə təmin olunması məsələsi təmin olunsun. Ona uyğun olaraq əvvəlcədən ictimai rəy sorğusunun keçirilməsi çox vacib bir məsələ idi. Və o anket sorğuları əsasında bu dəqiqə böyük qayıdış həyata keçirilir. Zaman-zaman bu məsələlərin hamısı yenidən araşdırılacaq, hansı iş yerlərinə, hansı sahibkarlıq subyektlərinə ehtiyac varsa zaman-zaman tənzimlənəcək. Çünki əhali köçməlidir, yerləşməlidir. Müəyyən məsələlər, proses getməlidir. O prosesin nəticəsində əvvəlcədən planlaşdırılmış o sahələri çıxmaq şərtilə qabaqcadan planlaşdırılıb ki, filan rayona yüz müəllim lazımdır və yaxud təhsil işçisi nəzərdə tutulub. Amma bu işəgötürənlərlə bağlı, sahibkarlarla bağlı bu məsələlər qismən planlaşdırılıb. Çünki əhalinin yeni yurd yerlərində işlə təmin olunması çox vacibdir. Amma zaman keçdikcə ehtiyaclar yene dəyərləndiriləcək və ona uyğun tədbirlər görüləcək”.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.