Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

“Əhali yerləşəndən sonra QHT-lərin xidmətləri və tədbirləri həyata keçiriləcək” – Rauf Zeyni

Böyük Qayıdış proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məcburi köçkünlərin geri qayıtmasını təmin edən mühüm bir dövlət layihəsidir. Bu proqram çərçivəsində həyata keçirilən tədbirlər Qarabağ və Şərqi Zəngəzur bölgələrində sosial və iqtisadi həyatı yenidən bərpa etmək məqsədi daşıyır. Prosesin uğurlu və dayanıqlı olması üçün məskunlaşma və məşğulluq kimi əsas məsələlər tədricən həll edilir.
Bəs Qarabağda və Şərqi Zəngəzurda bərpa və məskunlaşma layihələrində işəgötürənlərin və ictimaiyyətin rolu haqqında nə deyə bilərsiniz? İşəgötürənlərin aktiv formada cəlb edilməsi üçün hansı stimullaşdırıcı dəstək mexanizmləri mövcuddur? Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda hansı aktiv məşğulluq tədbirləri həyata keçirilir və bu proses necə təşkil olunur?
QHT.az bu sualları “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyniyə ünvanlayıb. O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin geri qayıtması dövlət səviyyəsində həyata keçirilir. Hazırda bu prosesin birinci mərhələsi davam edir və ictimaiyyətin geniş formada cəlb olunması hələ ki, mümkün deyil. Əhali tam yerləşəndən sonra QHT-lərin müxtəlif xidmətlər göstərməsi və ictimai tədbirlər təşkil etməsi mümkün olacaq. Əsas məqsəd əvvəlcə əhalinin təhlükəsiz və sabit formada məskunlaşmasıdır: “Hal- hazırda dövlət səviyyəsində məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi səviyyəsində böyük qayıdış həyata keçirilir və bu tabii ki müəyyən mənada geniş ictimaiyyətin cəlb olunası mümkün olmadan həyata keçirilir. Çünkü bu, böyük qayıdışın birinci mərhələsidir. Əhali oraya yerləşəndən sonra o zaman artıq orada hər hansı bir ictimai tədbirlərin həyata keçirilməsi, QHT-lər tərəfindən əhaliyə müayyən xidmətlərinin göstərilməsi və digər ictimai tədbirlərin hayata keçirilməsi mümkün ola bilir”.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.