Müasir Qadın və Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə kiber zorakılığın təsirinə məruz qalan insanlar, xüsusilə də yeniyetmə və gənclər üçün sükutu və qorxunu ümidlə, mübarizə yolu ilə əvəz etmək, dəstək məqəsdi daşıyan layihə həyata keçirir.
Qht.az xəbər verir ki, “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihənin əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı yeniyetmə və gənclərin (xüsusən də qızların) üzləkiber zşdiyi orakılıq, kiberbullinqin törətdiyi müxtəlif psixi travmaların, intihara meyilliiyin, eyni zamanda qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılmasına dəstək olmaqdır.
İctimai Birliyin sədri Fidan Kazımova layihə barəsində danışaraq bildirib ki, əsrin bəlası hesab edilən kiber zorkılığın, kiberbullinqin genişlənməsinin səbəblərindən biri və əsasını riks qrupuna daxil olan insanların əksəriyyətinin üzləşdiyi problemi gizli saxlaması, bölüşməməsi, məsələyə qarşı sükut və ictimai qınağın olmamasıdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə məktəblilər, yeniyetmələr arasında intihar hallarının artımı müşahidə edilir. Çox təəssüflə vurğulamalıyıq ki, bunun əsas səbəbləri sırasında kiberzorakılıq, kiberbullinq və digər amillər durur. Eyni zamanda bir sıra iqtisadi məsələlərlə yanaşı, valideyn və müəllimlərin qeyri-etik davranışı, məktəb psixoloqlarının öz işini bilməməsi, valideyinlərin övladları ilə düzgün münasibət qurmaması və.s kimi səbəblər də yeniyetmələrin psixoloji durumuna mənfi təsir edir. Zorakılığın digər növlərindən fərqli olaraq, kiber zorakılığı aşkar etmək daha çətindir.
Layihədə texnologiyanın faydalarından bəd niyyətlə istifadə edənlərə innovativ texnoloji üsullardan, vasitələrdən istifadə etməklə bildirmək istəyirik ki, kiber zorakılıqla mübarizə aktualdır və bu problemlə üzləşənlərə dəstək olan insanlar, qurumlar vardır ki, çəkinmədən vaxtında onlara müraciət etmək lazımdır.
Layihə çərçivəsində Bakı, Sumqayıt və regionlar üzrə təhsil müəsissələrində, universitetlərdə kiber zorakılıq, kiberbullinq və digər zorakılıq halları ilə bağlı “Səssiz Eleni” adlı sosial yönümlü kampaniya çərçivəsində sorğular, maarifləndirmə işləri aparılacaq, təlimlər keçiriləcəkdir. Problemlə üzləşmiş risk qrupuna daxil olan gənc və yeniyetmələrlə psixoloji konsultasiyaların təşkil edilməsi, məsləhətlər verilməsi, fikir mübadiləsi aparılması da nəzərdə tutulur.