24 avqust 2024-cü il tarixdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi “Təbiətin gözəlliklərini kəşf et!” adlı tədbir təşkil edib.
Brtm.az QHT.az-a istinadən xəbər verir ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Tədbirdə əlilliyi olan uşaqların ifasında şeirlər, mahnılar və tamaşa təqdim edilib, təbiətin rəng çalarlarına uyğun moda nümayiş olunub. Foyedə təbiət mövzusunda rəsmlər sərgilənib, əl işlərinin satış-sərgisi təşkil edilib.
Tədbir inkluziv olaraq keçirilib, bu da əlilliyi olan uşaqların sosiallaşmasını, cəmiyyətə inteqrasiyasını asanlaşdıraraq motivasiyanın yüksəlməsinə səbəb olub. Təqdim edilən tamaşa insanları təbiəti qorumağa səsləyib və tamaşaçılara ötürülən bir mesaj olub.