Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

BQRTM-dən Mehriban Əliyevaya təbrik məktubu

Xəbər verdiyimiz kimi,bu gün Azərbaycanın birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

BRTM.az xəbər verir ki, bu münasibətlə Bakı Qeyri Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Birinci Vitse Prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Təbrikin mətnində deyilir:
Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti,  Azərbaycanın birinci Xanımı, xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım,
Doğum gününüz münasibətilə “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı
çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi
rifahı naminə sizin yorulmaz fəaliyyətiniz, vətəndaş cəmiyyətinin inkişafına, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Həyatın ən müxtəlif sahələrində xeyli sayda mühüm, nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Hörmətli Mehriban xanım,
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Rauf Zeyni
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.