Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

QHT layihənin yekunlarına dair bağlanış seminarı keçirib

Avqustun 20-də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin Ağdam rayonu Quzanlı qəsəbəsində layihənin yekunlarına dair bağlanış seminarı keçirildi.
BRTM.az xəbər verir ki, seminarda Müharibə veteranları və müharibədən əziyyət çəkən ağdamlılar iştirak edirdi. Layihə rəhbəri Xəlil Süleymanov bildirdi ki, layihənin əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə psixoloji-sosial dəstək verməkdən ibarət olub. Lahihə Füzuli, Xocavənd, Laçın obaları, Bərdə və Ağdam rayonlarını əhatə edib. Müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar hələ də psixoloji sarsıntının təsirini yaşayırlar. Lakin regionlarda psixoloji yardım hər bir şəhid ailəsi və müharibə əlili üçün əlçatan deyildir. Psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir gösərməklə bərabər sosial durumuna da öz mənfi təsirini göstərir.
Layihə 3 ay müddətində hədəf rayonlarında psixoloji-sosial dəstəyə ehtiyacı olan 40 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət nəzərdə tutub. Lakin müraciətlərin çoxluğunu nəzərə alaraq 48 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət göstərilib.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.