Hörmətli Mehriban xanım!
Sizi, Azərbaycan Respublikasının I Vitse-prezidentini, ölkənin Birinci xanımını, Heydər Əliyev ondunun, Azərbaycan mədəniyyəti fondunun Prezidentini, İSESKO-nun xoş məramlı səfirini, döğum günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür cansağlığı ailə, övlad, nəvə sevinci, vətənimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyası istiqamətində gerçəkləşdirdiyiniz mühim layihələrdə uğurlar arzu edirik!
Hörmətli Mehriban xanım!
Siz ictimai-siyasi, elmi-mədəni fəaliyyətinizlə, bütün dünyaya sübut etdiniz ki, Şərq, onun bir parçası olan Azərbaycan bütün zamanlarda dinlərin, mədəniyyətlərin, sivilizasiyaların, tolerantlıq ünvanı, məhəbbətin, mərhəmətin, xeyirxahlığın, yaxşılığın ünvanı olub. Tarixin bütün dönəmlərində dünyanın maddi-mədəni, ümumbəşəri dəyərlər xəzinəsini, sistemini öz inciləri ilə zənginləşdirib, zinətləndirib.
Bu gün Azərbaycan deyəndə, tarixi Zəfərə imza atmış, Güney Qafqazın siyasi mənzərəsini dəyişmiş qüdrətli bir dövlət, bir xalq göz önünə gəlir. O xalq ki, Xaqani, Nizami, Nəsimi, Fizuli Şah İsmayıl Xətai kimi dühalarının irsi ilə dünya insanını heyrətləndirdiyi kimi, Qılıncla Qələmin vəhdətində Şərqin ilk demokratik Cümhuriyyətini qurub. Yürütdüyü müdrik daxili və xarici siyasətlə, azadlıq, özgürlük, birlik, bütövlük dastanını yaradıb!
Hörmətli Mehriban xanım!
Məhz Sizin son 20 ildəki, siyasi faliyyətiniz, Ulu Öndər irsinə sədaqət, onun Azərbaycançılıq, məfkurəsinə, dostluq, qardaşlıq, tolerantlıq duyğularına hörmət hissindən ucaltdığınız, abidəyə çevirdiyiniz Heydər Əliyev Fondu ilə sübut etdiniz ki, hər bir Qüdrətli dövlət xadiminin, Sərkərdə-Xaqanın arxasında qüdrətli bir Qadın dayanır. Milli dövlətçilik tariximizlə bilavasitə bağlı olan saray mədəniyyətinin ağır yükü altına Baş Xatun zərif çiyinlərini verəndə tarix təkrarlanır, lider-varis ənənəsi uğurla dəvam edir, ot kökü üstə bitər hikməti ruhun qida yeri olur.
Hörmətli Mehriban xanım!
Qeyd olunan bu incə məqamları biz Sizin rəhbərliyinizlə gerçəkləşən genişmiqyaslı layihələrdə, təşkil olunan konfrans və simpoziumlarda, Milli Məclisdə qəbul olunan Ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsinin qəbulu zamanı yaşadıq. Avroviziya mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, Azərbaycan muğamının, xalısının, tarın, sazın, kamanın, neyin, udun, kəlağayının, və digər incilərimizin UNESKO-nun xətti ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil olanda gördük.
Hörmətli Mehriban xanım!
Siz təkcə mühim işlər görmədiniz, Xocalıya ədalət kampaniyası ilə tarix yaradan, övladınızın, Fondun vitse- prezidenti xanım Leyla Əliyevanın arxasında dayandınız. 30 il sonra tarixi intizara son qoyan Müzəffər Ali Baş Komandanın, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək verdiniz, ona arxalandınız, ona arxa oldunuz!
Hörmətli Mehriban xanım!
44 günlük tarixi savaş, Vətən müharibəsi günlərində nümayiş etdirdiyiniz iradəni, sonsuz Vətən sevgisini biz bu gün Qarabağda, Şərqi Zəngəzurdakı möhtəşəm quruculuq işlərində görür, varlığınızla qürur duyuruq!
Bu gün bütün Türk dünyası, Turan elləri, Şərq və Qərb dəyərlərinin sintezini bəşəriyyətin nicat yolu hesab edən müdrik insan, ailə dəyərlərini ən ali dəyərlərdən uca tutan Azərbaycan vətəndaşı, Qazi, Şəhid ailəsinin üzvü Sizi sevir, adınızı dərin hörmət, ehtiram və qürur hissi ilə çəkir, özünü Müzəffər Ali Baş Komandanın və Sizin Vətən, Azərbaycan naminə gördüyü işlərin əsgəri hesab edir.
Hörmətli Mehriban xanım!
Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq!
Zərifə Quliyeva
“Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri,
Qalib Əliyev
Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri