Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

Masallıda “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirildi

Bu gün Masallıda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Bu barədə təşkilatın sədri Rauf Zeyni brtm.az-a açıqlamasında məlumat verdi.
Tədbirə başlamazdan əvvəl, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatı oldu və ictimai müzakirələr aparıldı. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu.
Tədbirdə iştirak edənlər ictimai nəzarətlə, ictimai iştirakçılıqla, mövcud vəziyyətlə bağlı regionda, eyni zamanda Masallıda olan məsələlərlə bağlı münasibətlərini bildirdilər. Veteran, qazi hüquqlarının məsələsi ilə bağlı müzakirə keçirildi, mövcud problemlər qeyd olundu və həll olunması ilə bağlı real addımlar atıldı. İctimai dinləmə çərçivəsində bir neçə vətəndaşın bu gün probleminin həll olunmasında nəticə əldə olundu.
QHT sədri təşkilatçılara, Masallı İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə dəstək olan digər qurumlara təşəkkürünü bildirdi. Sonda tədbir iştirakçıları ilə birlikdə qrup şəkili çəkildi. Bu tədbir, bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi və vətəndaşların sosial rifahının artırılması istiqamətində atılan mühüm addımlardan biridir.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.