Təklif və rəylərinizi yazın

Edit Template

Bakı QHT Resurs və Təlim Mərkəzi

QHT “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsinin ilk tədbirini keçirdi

Bu gün Lənkəranda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində ilk tədbirini keçirdi.
Bu barədə təşkilatın sədri Rauf Zeyni brtm.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Rauf Zeyni açılış nitqində Paris Olimpiadasında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldıran Hidayət Heydərovu tədbir iştirakçıları tərəfindən təbrik etdi. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi.
Tədbirdə iştirak edən Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Fəxrəddin Hüseynov, şairə və hüquqşünas Əfsanə Xəlilbəyli, Qulaməli Hüseynov, Günay Sultanova və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər.
Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 2022-2023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı.
İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.
Növbəti tədbir 31 iyulda Masallı rayonunda layihə çərçivəsində keçiriləcək.

redaktor

Writer & Blogger

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he.

Bakı QHT Resurs və Təlim Mərkəzi

Rauf Zeyni

Sədr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində 18 mart 2015-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılıb.

Edit Template

Məqsədimiz QHT-lərin hökumət, milli və beynəlxalq donorlar, dövlət qurumları ilə əlaqələrinə kömək etməkdir.

ƏLAQƏ

© 2025 brtm.az / Bütün hüquqlar qorunur.